21:28 TMMR Mühacir höküməti aclıq aksiyasını dayandrır . | |
Əziz həmvətənlərimiz və dəyərli dostlarımız! Talış Muğan Muxtar Respublikasınin Mühacir hökuməti, Azərbaycan Respublikasının mürtəci mərkəzi hökümətinin şərliyib-böhtanlamaqla, ədalət mühakiməsini eybəcərləşdirib, bütövlükdə məhkəmələri özünün cəza vasitəsinə çevirməklə girov götürdüyü, bütün mütərəqqi dünyanın vicdan məhbusu kimi tanıdığı məhkumlara azadlıq tələb edir. Eləcədə, Mühacir höküməti qismən bütövlükdə, o cümlədən həbsdə olan, Müsəlman Birliyi hərəkatının üzvlərinə qarşı baş verən haqsızlıqlara göz yummayaraq, onlarla həmrəylik əlaməti olaraq, 2 günlük aclıq aksiyası elan etmişdi. Bu gün, Mühacir höküməti aclıq aksiyasını dayandrır və Azərbaycan insanlarının, mömünlərinin bütövlükdə haqsızlıqlara biganəliyinə və laqeyidliyinə təəssüflənməklə, Azərbaycan hökumətimə müraciət edərək, tələbimizi bildiririk: siyasi məhbuslar hamılıqla azad edilsin, hazırda məhbuslara qarşı hər cür qeyri-qanuni əməllər və işgəncələr dayandırılsın!!! Əgər, bu tələblər yerinə yetirilməzsə, biz, müstəqil şəkildə, Mühacir hökuməti olaraq, bütün dünyada, hamıya,- sizin siyasi məhbuslara qarşı cirkin əməlləriniz barədə məlumatları catdirmaq tədbirlərinə, start verəcəyik! | |
|
Total comments: 0 | |