09:32
TMMR Mühacir hökumətinin və TMH- nın birgə   BƏYANATI:

                                                 TMMR Mühacir hökumətinin və TMH- nın birgə

                                                                                  BƏYANATI:

Hörmətli xanımlar və cənablar,

18.05.20- ci il tarixində, Talış xalqının var olaraq, ləyaqətlə yaşamı naminə mübariz, Elvin İrşadov (sosial şəbəkələrdə Umar Ali) Lənkəran şəhərində, polis tərəfindən saxlanaraq, şər və şantajla böhtanlanarag həbs edilmişdir. Adəti üzrə, atılan şər, qurulan böhtan xarakterli ittihamlar və yalançı sübutlar əsasında, ona Lənkəran (Lankon) məhkəməsində 15 sutka inzibati saxlama cəzası verilmişdir.

Baxmayaraq ki, Azərbaycan Respublikasının hakim dairələri hər cür imkanlardan yararlanaraq, dünyaya Azərbaycanda demokratiyanın, fikir azadlığının, insan hüquqlarının aliliyinin olduğunu bəyan edir, ancaq, əslində öz vətəndaşlarına qarşı, hər vasitə ilə həmən haqları həddindən artıq, kobudcasına pozur. Elvin İrşadovun saxlanmasını əsil və həqiqi səbəbi, onun 2(iki) həftə bundan əvvəl, Azərbaycan tarixi kitabının 1995-ci il nəşri ilə müqayisəli Talış xalqının tarixinin saxtalaşdırmasını cəmiyyətə nümayiş etdirməsidir. Belə saxtakarlıqlar barədə bir neçə dəfə ölkə hökumətinə Talış fəallarının müraciəti olmuşdur və bu müraciətlər həmişə cavabsız, icrasız qalmışdır. Milli-etnik zəmində olan, buna oxşar hadisələr, artıq Azərbaycanın ictimai həyatında vərdiş halını almışdır. Biz TMMR-nın hökuməti və TMH-ı olaraq, bütün beynəlxalq qurum və İnsan hüquqları təşkilatlarına müraciət edirik: sizlərdən insanlıq naminə, Azərbaycan hakimiyyətinin insan hüquqlarının belə kəskin formada pozmasının qarşısını almaq naminə təzyiqlər göstərməyinizi xahiş edirik.

 

TMMR-nın Mühacir hökumətinin İnsan haqları komissiyası

Category: XƏBƏRLƏR | Views: 410 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: