11:44 To United Nations Commission for Human Rights in Geneva | |
Birləşmiş Millətlər Təşkilatının Cenevrə İnsan Haqları Komissiyasına, Talış Milli Hərəkatının, Talış xalqının yaşamı naminə fəaliyyət göstərən və Azərbaycan Respublikasının birbaşa istəyi ilə Rusiya Federasiyasının rəhbərliyinin siyasi sifarişi ilə həbs edilən Fəxrəddin Abbasov haqqında, Müraciəti: Nederland krallığı, Haaqa şəhəri. 23.01.2019 il Hörmətli Xanımlar və cənablar! Qısa məlumat olaraq Sizə bildiririk ki, Talış xalqı İran İslam Respublikasının şimalında və qismən, daha böyük hissəsi Azərbaycan Respublikasının cənub-şərqində, tarixən Talış sıra dağlarında və Talış ovalığında yaşayıb və yaşayır. Dili, hind-avropa dil qrupunun İran ailəsinə aiddir. Bu xalqın aramlı, sakit assimilyasiyasının qarşısını alan heç bir imkanı qalmamışdır. Belə ki, Talış Xalqı öz dildə ardıcıl və davamlı təhsildən, mədəni-ictimai tədbirlərdən, dillə yaşamı təmin imkanlarından, özünüidarə haqlarından mərhum edilmişdir. Sürəkli assimilyasiyanın qarşısının alınmasında xalqın ziyalı və fədakar övladlarının ölkə daxilində mübarizəsinə, ictimai, mədəni, siyasi təşkilatlanmasına demək olar ki, tam şəkildə xitam verilmişdir. “Talış” sözünün ad kimi istifadəsinə Dövlət qərarı səviyyəsində qadağalar mövcuddur. İqtisadiyyat tənəzzülə uğradılmaqla, hər cür Talış xalqının nümayəndəsi olaraq, iqtisadi təşəbbüskarlığa imkanlar ciddi məhdudlaşdırılmışdır.... Əsasən Talış xalqının kişi cinsindən olan hissəsi, maddi-iqtisadi səbəblərdən ölkəni tərk etmək məcburiyyətində qalmaqla Rusiya Federasiyasına köç etmiş və prosses ağrılı şəkildə davam etməkdədir... Talış xalqının yaşamının təminatında, ötən əsrdə, bir-neçə siyasi cəhdlər edilib. Sonuncu isə, 1993-cü ildə alış Muğan Muxtar Respublikasının elan edilməsi olub. Bu, Muxtar Respublikanın Xalq Məclisinin (parlamentinin) sədri Fəxrəddin Abbasov, Azərbaycan Respublikasında bu gün də davam edən, ümumdövlət səviyyəsində dəstəklənən daxili ictimai-siyasi təqiblər ucbatından uzun illərdir Rusiya Federasiyasında müvəqqəti yaşam haqqı ilə yaşayaraq, Talış xalqının yaşam haqqına sahibliyi uğrunda, bütün norma və qaydalar çərçivəsində fəaliyyət göstərmişdir... Ötən ilin iyul ayında AR-nın paytaxt rayon məhkəmələrində birinin qərarına əsaslanmaqla, RF-nın paytaxt rayonlarının birini məhkəmə qərarı ilə, bilavasitə siyasi səbəblər göstərilməklə əvvəl 1 ay, daha sonra daha 5 ay həbsə məhkum edilməklə, hazırda Moskva şəhər həbsxanalarının birində saxlanılır. Cənab Fəxrəddin Abbasovun Rusiya Federasiyasında müvəqqəti yaşam ixtiyarı (daimi vətəndaşlıq barədə etdiyi çoxsaylı müraciətlər müxtəlif səbəblər göstərilməklə rədd edilmişdir) bu ilin fevral ayının 26-ı tarixində başa çatır və yəqin ki... vaxt başa çatan kimi, onu AR-nın hüquq-mühafizə orqanlarına verilməsi təhlükəsi çox böyükdür. Siyasi səbəblərdən RF-na sığınan Fəxrəddin Abbasovun AR-na ekstrediyasiyası onun bilavasitə fiziki məhvinə səbəb olmaqla, birbaşa bütün tərəqqipərvər Dünyanın qəbul etdiyi norma, qanun və qaydaların kobud pozulmas olduğunu nəzərə almaqla, F. Abbasovun AR-na qaytarılması prossesini dayandırılması üçün Rusiya Federasiyasının Siyasi-hüquqi rəhbərliyinə təsir göstərmənizi Xahiş edirəm. Əks təqdirdə, Beynəlxalq ictimaiyyətin, Azərbaycan Respublikasında Talış xalqının ziyalısına qarşı növbəti cinayyətin kənardan müşahidəçisi olardı. Ə.Ə.Hümmətov . Talış Milli Hərəkatın sədri, Talış Muğan Muxtar Respublikasının Prezidenti. Rəhim Mirzəyev Talış Muğan Muxtar Respublikasının baş naziri. 23.01.2019 ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------- To United Nations Commission for Human Rights in Geneva About Fakhraddin Abbasov, who has been working for the life of the Talysh National Movement and the Talysh people and imprisoned by the political order of the leadership of the Russian Federation at the direct request of the Republic of Azerbaijan. Application: The Kingdom of the Netherlands, the Hague, 23.01.2019 Dear ladies and gentlemen! We briefly state that the Talysh people lived and live in the north of the Islamic Republic of Iran, partly bigger part in the south-east of the Republic of Azerbaijan, historically in the Talysh Mountains and in the Talysh Plain. The language belongs to the Iranian family of the Indian-European language group. There is no chance for that this people will be able to prevent the gradually, calm assimilation. The Talysh people have been deprived of their right to consistent and continuous education in their own language, c ultural and community events, opportunities to live in language and self-government rights. Prevention persistent assimilation, people’s intelligent and selfless children’s struggle inside the country, social, cultural and political organization has been almost completely terminated. There is a ban on the use of the word "Talysh" as a name at the level of the State decision. With the economic downturn, opportunities for economic initiatives have been seriously limited as representatives of all Talysh people. Mainly male part of the Talysh people had to leave the country for material and economic reasons and moved to the Russian Federation and this process is going on painfully. To secure the life of the Talysh people, several political initiatives have been made in the last century. The latter was the announcement of the Talish Mugan Republic in 1993. Due to the ongoing public-political persecutions on the nationwide support in the Republic of Azerbaijan, Fakhraddin Abbasov - Chairman of the People's Assembly (Parliament) of this Autonomous Republic, has been living in the Russian Federation for a long time with the right of temporary residence and operate for the Talysh people’s right to life within the limits ad all norms and rules. Based on the decision of one of the A.R. Capital’s District Court in July last year, by a court order of one of the R.F. Capital’s Districts, was sentenced to one month and then to another five months directly, being summoned for political reasons and is currently being kept in one of the Moscow prisons. The temporary residence permit of Mr. Fakhraddin Abbasov ( his numerous requests for permanent citizenship have been denied by indicating various reasons ) in Russia ends on February 26, and probably ..... as long as the time has elapsed, the danger of being handed over to the A.R. law-enforcement agencies is very high. Taking into account the fact that taking refuge to R.F. for political reasons Fakhraddin Abbasov's extradition to the A.R. will cause not only, his direct physical destruction also to a gross violation of the norms, laws and rules adopted by all the prosperous world. I ask you to influence the political-legal leadership of the Russian Federation to stop the process of returning F. Abbasov to the A.R. Otherwise, we will be an external observer of the next crime against the intellectuals of the Talysh nation in the Republic of Azerbaijan. A.A. Hummatov Chairman of the Talysh national movement, President of the Talysh Mugan Autonomous Republic Rahim Mirzayev Prime Minister of the Talysh Mugan Autonomous Republic 23.01.2019 | |
|
Total comments: 0 | |