18:17
Ukraynada Masallıdan olan azərbaycanlıya yüksək vəzifə verilib

Ukraynada Masallıdan olan azərbaycanlıya yüksək vəzifə verilib

Ukraynada Masallıdan olan azərbaycanlıya yüksək vəzifə verilib 

Ukrayna dövləti Karpat bölgəsinin ekologiya və təbii ehtiyatlar sferasını azərbaycanlıya həvalə edib.
Yeniheyet.az “Report”a istinadən xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) İvano-Frankovsk vilayəti üzrə sədri Mətləb Nəcəfovun “Report”un Kiyev bürosuna verdiyi məlumata görə, əslən Azərbaycanın Masallı rayonundan olan, 1970-ci il təvəllüdlü Riyafət Sadiq oğlu Qasımov Ukraynanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin I Karpat Dairəsinin rəisi təyin edilib.
Bu dairə İvano-Frankovsk və Çernovtsı vilayətlərini əhatə edir.
R.Qasımov 1987-ci ildən Ukraynada yaşayır, İvano-Frankovsk Milli Qaz-Neft Universitetini və Ternopil Milli İqtisadiyyat Universitetini bitirb. Elmi nailiyyətlərə malikdir. Bir müddət biznes sahəsində çalışan R.Qasımov daha sonra iki dəfə İvano-Frankovsk Şurasının deputatı olub. Hazırda təyin olunduğu vəzifəsinə qədər Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin vilayət strukturunda çalışıb. O, həm də azərbaycanlıların diaspor hərəkatında fəaldır.
Category: XƏBƏRLƏR | Views: 537 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
N$)?>
Подписка: 1 Код *: